Drikus du Plessinin məşqçisindən iddialı açıqlama: “Onu məhv etmək istəyirik”

Xəbərlər
19 Avqust 2025 10:07
54
Drikus du Plessinin məşqçisindən iddialı açıqlama: “Onu məhv etmək istəyirik”

“O, Drikusun üstünə sanki bir yorğan kimi sərilmişdi”.

İdman.biz xəbər verir ki, bunu MMA üzrə orta çəkidə keçmiş UFC çempionu Drikus du Plessinin məşqçisi Morn Visser deyib.

Təcrübəli mütəxəssis UFC 319 turnirində gecənin döyüşünü dəyərləndirib. O, “Submission Radio”ya bildirib ki, UFC çempionluq kəmərini Həmzət Çimayevdən geri almağa çalışacaqlar: “Revanş döyüşündə yetirməmin qalib gələcəyinə əminəm. Çimayevlə yenidən döyüşəcəyik, amma bu dəfə onu məhv etmək istəyirik”.

Qeyd edək ki, Çikaqonun "United Center" arenasında UFC 319 turniri çərçivəsində keçirilən çempionluq döyüşündə Çimayev rəqibini hakimlərin yekdil qərarı ilə məğlub edib.

İdman.biz

Məqalədə: