"Dostlar, gəlin, bilet alın və döyüşlərə baxın. Siz məni yanıyırsız və bir çox döyüşlərimə baxmısınız".
İdman.biz xəbər verir ki, Azərbaycanlı qaydasız döyüşçü Rafael Fiziyev iyunun 21-də Bakıda keçiriləcək UFC gecəsində iştirak etmək istəyən azarkeşlərə səslənərkən deyib.
"Əgər ilk raundda zədələnməsəm, döyüşüm həmişə maraqlı olur. Sonadək mübarizə aparacam və siz maraqlı döyüşərin şahidi olacaqsınız. Sadəcə sona kimi mübarizə və ya qələbə yox, əlavə bonus əldə edəcəksiniz. Qələbə darıxdırıcı ola bilər, bonus zirvələri fəth etməkdir", - deyə Fiziyev videomüraciətində bildirib.
Rafael bir neçə dildə də hamını irəli səsləyib: "Alga", "Bapesh", "Lets Go", "Vpered". Sadəcə gəlin, biletləri alın, hər şey inanılmaz olacaq.
Qeyd edək ki, iyunun 21-də Bakıdakı turnir çərçivəsində yüngül çəkidə Rafael Fiziyev İqnasio Bahamondeslə (Çili) qarşılaşacaq.
İdman.biz