İrlandiyalı Konor Makqreqor yenidən UFC-yə qayıdır.
İdman.biz xəbər verir ki, bunu UFC-nin prezidenti Dana Uayt açıqlayıb.
O bildirib ki, 2 çəki dərəcəsi üzrə sabiq çempionu 2024-cü ilin yayında oktaqona çıxacaq. Uaytın sözlərinə görə, Makqreqor hazırdır və yenidən döyüşmək arzusundadır.
Qeyd edək ki, Makqreqor 2021-ci ilin yayında “UFC 264” turnirində amerikalı Dastin Poryeyə uduzduğu döyüşdə ayağını sındırıb və ondan sonra oktaqona çıxmayıb.
İdman.biz