Rafael Fiziyev Las Veqasda nə qədər qazanacaq?

8 Mart 2025 12:35
554
Rafael Fiziyev Las Veqasda nə qədər qazanacaq?

Azərbaycan idmançısı Rafael Fiziyevin Castin Qeydji ilə döyüş üçün alacağı qonorar bəlli olub.

İdman.biz xəbər verir ki, yüngül çəkidə mübarizə aparan döyüşçümüz UFC 313 turnirinə qatıldığı üçün 300 min dollar alacaq.

Gecənin ikinci döyüşündə təmsilçimizə rəqib olacaq ABŞ idmançısı isə 500 min dollar qonorar əldə edəcək. Bu rəqəmlər döyüşçülərin nəticədən asılı olmayaraq alacağı məbləğdir. Fiziyev və Qeydji ABŞ-ın Las Veqas şəhərindəki döyüşdə qələbə və digər bonuslar da qazanmaq imkanına malikdir.

UFC 313-ün əsas döyüşündə rusiyalı Maqomed Ankalayev və braziliyalı Aleks Pereyra üz-üzə gələcək. Titul görüşündə Pereyra 1 milyon, Ankalayev 750 min qonorar alacaq. Qələbə hesabına braziliyalının qazancı 3,5, rusiyalınınkı isə 1,8 milyona çata bilər.

Qeyd edək ki, UFC 313 Bakı vaxtı ilə saat 7:00-da başlayacaq.

İdman.biz