Dana Uayt UFC döyüşçülərinə boks qadağası qoydu

24 Mart 2026 11:47
104
Dana Uayt UFC döyüşçülərinə boks qadağası qoydu

Dana Uayt UFC döyüşçülərinin "Zuffa Boxing" layihəsi çərçivəsində keçiriləcək boks qarşılaşmalarında iştirak etməyəcəyini bildirib.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.

O, qarışıq döyüşlərin təşkilatın maraqlarına uyğun olmadığını vurğulayaraq, belə layihələrdə yer almayacaqlarını qeyd edib.

Uayt əlavə edib ki, o, dünyanın ən güclü döyüşçülərinin yalnız öz aralarında qarşılaşmasını görmək istəyir.

Qeyd edək ki, daha əvvəl Aleks Pereyra, İliya Topuriya və Tom Aspinall peşəkar boksda çıxış etmək istədiklərini açıqlamışdılar.

Buna baxmayaraq, UFC rəhbərliyinin mövqeyi bu məsələdə qəti olaraq qalır.

İdman.Biz
Məqalədə: