Maxaçevdən açıq mesaj: təhlükə görmürəm, amma şouya hazıram

20 Fevral 2026 14:58
92
Maxaçevdən açıq mesaj: təhlükə görmürəm, amma şouya hazıram

Yüngül çəkidə çıxış edən MMA döyüşçüsü İslam Maxaçev İliya Topuriyanın yarımorta çəkiyə keçid perspektivləri barədə danışıb.

İdman.Biz xəbər verir ki, o, 77 kq-da rəqibinin əvvəlki qədər təhlükəli olmayacağını düşünür.

“Mən düşünmürəm ki, 77 kq-da Topuriya 70 kq-da olduğu qədər təhlükəli olacaq. Ölçülər fərqlidir: çəki başqadır, boy başqadır. Yarımorta çəkidəkilər üçün Topuriya ilə döyüşmək daha asan olacaq. Mən bu döyüşün tərəfdarıyam. Bu, böyük şou olacaq, azarkeşlər üçün maraqlı qarşılaşma olar. Media baxımından da çox böyük döyüşdür”, - deyə döyüşçü söyləyib.

İdman.Biz
Məqalədə: