Hollivud aktrisası keçmiş UFC çempionu ilə döyüşə çıxacaq - FOTO

17 Fevral 2026 22:34
88
Hollivud aktrisası keçmiş UFC çempionu ilə döyüşə çıxacaq

UFC Şöhrət Zalı üzvü və qadınlar arasında yüngül çəkidə keçmiş UFC çempionu Ronda Rouzi MMA döyüşündə qadınlar arasında yüngül çəkidə keçmiş Strikforce tituluna iddialı Cina Karano ilə qarşılaşacaq.

İdman.Biz bu barədə təşkilatın mətbuat xidmətinə istinadən bildirir.

Məlumata görə, onların döyüşü 17 may tarixinə planlaşdırılıb və MVP promouşeninin himayəsi altında keçiriləcək.

Döyüş 65 kq çəki dərəcəsində hər biri 5 dəqiqədən ibarət beş raundluq, olacaq.

Rouzinin 39 yaşı var. Rouzinin peşəkar qarışıq döyüş sənətləri üzrə rekordu belədir: 12 qələbə, hamısında fasilə ilə və iki məğlubiyyət. O, 2008-ci il Olimpiya cüdo üzrə bürünc medalçısıdır. O, 2018-ci ildən 2023-cü ilə qədər WWE-də yarışıb.

Karano 43 yaşındadır. Cinanın son MMA döyüşü 2009-cu ilin avqustunda olub. Onun peşəkar rekordu, Amerika təmsilçisi, yeddi qələbə və bir məğlubiyyətdir.

Karano həm də aktrisadır. O, “Mandalorlu”, “Dedpul”, “Qan və sümük”, “Qarşısıalınmazlar”, “Qanlı qisas” və başqa filmlərdə çəkilib.

İdman.Biz