UFC çempionu İslam Mahaçev 2026-cı ilin yayında keçirilməsi planlaşdırılan xüsusi turnirdə iştirak etmək niyyətindədir.
İdman.Biz xəbər verir ki, döyüşçü yarışın Ağ Evdə baş tuta biləcəyini vurğulayaraq bunun tarixə düşmək üçün nadir fürsət olduğunu deyib.
“UFC rəhbərliyinə tezliklə hazır olacağamı dedim. Əlbəttə, Ağ Evdə döyüşmək istəyirəm, çünki bu, unikal hadisə olacaq və tarixə düşmək istəyirəm”, - deyə Mahaçev bildirib.
34 yaşlı idmançı UFC-də debütünü 2015-ci ildə edib. O, 2022-ci ildə yüngül çəkidə çempion olub, dörd dəfə titulunu qoruyub. 2025-ci ildə isə yarımorta çəkidə kəmərə sahib çıxıb.
