UFC çempionu Çimayevin Çeçenistanda avtoqəzada ölməsi barədə xəbərlər yalandır - Mənbə - VİDEO

17 Yanvar 2026 00:46
156
UFC çempionu Çimayevin Çeçenistanda avtoqəzada ölməsi barədə xəbərlər yalandır - Mənbə - VİDEO

BƏƏ-ni təmsil edən hazırkı UFC orta çəki çempionu (84 kq-a qədər) 31 yaşlı Həmzət Çimayevin Çeçenistanda avtomobil qəzasında ölməsi ilə bağlı xəbərlər yalandır.

İdman.Biz bildirir ki, bu barədə “Çeçnya Seqodnya” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

“O, Dubaydadır. Onun vəziyyəti yaxşıdır” - “Çeçnya Seqodnya” portalı vəziyyətlə tanış olan bir şəxsə istinadən bildirib.

Bundan əvvəl sosial mediada Həmzət Çimayevin Çeçenistan lideri Ramzan Kadırovun oğlu Adam Kadırovla birlikdə Qroznıda ağır avtomobil qəzasına düşdüyü barədə məlumat geniş yayılmışdı.

@idman.biz

BƏƏ-ni təmsil edən hazırkı UFC orta çəki çempionu (84 kq-a qədər) 31 yaşlı Həmzət Çimayevin Çeçenistanda avtomobil qəzasında ölməsi ilə bağlı xəbərlər yalandır. İdman.Biz bildirir ki, bu barədə "Çeçnya Seqodnya" portalı öz mənbələrinə istinadən məlumat yayıb. #ufc #mma #khamzatcimaev #cimaev #avtoqeza

♬ Idman və Biz - orijinal ses - Idman və Biz
İdman.Biz