Həbib Nurməhəmmədovdan Alonsonun gedişi barədə sərt açıqlama - FOTO/VİDEO

13 Yanvar 2026 16:00
200
Həbib Nurməhəmmədovdan Alonsonun gedişi barədə sərt açıqlama - FOTO/VİDEO

UFC dünyasının əfsanəvi siması Həbib Nurməhəmmədov Xabi Alonsonun “Real Madrid”dən gedişi ilə bağlı fikrini bildirib və məsuliyyətin kimdə olduğunu açıq şəkildə ortaya qoyub.

İdman.Biz xəbər verir ki, Nurməhəmmədov ispaniyalı mütəxəssisi müasir dövrün ən yaxşı məşqçilərindən biri hesab etdiyini bildirib və uğursuzluğun səbəbinin məşqçidə yox, komandanın strukturunda olduğunu vurğulayıb.

Onun sözlərinə görə, əgər komanda onunla uğur qazana bilmirsə, o zaman məşqçini yox, oyunçuları dəyişmək lazımdır:

“Hazırda elə bir məşqçi yoxdur ki, “Real Madrid”də komandanın daxili problemlərini təkbaşına həll edə bilsin. Əsas problem qeyri-sabit və intizam baxımından zəif oyunçuların mövcudluğudur. İstər idman zalında, istər meydanda - döyüşçü olub-olmamağın fərqi yoxdur - sistem və intizam hər şeydən önəmlidir. Baş məşqçi məsuliyyət daşıyır, lakin əgər komandada elə bir mühit yaranıbsa ki, heç kim onun göstərişlərinə əməl etmir, bu artıq yanlış yolda olunduğunu göstərir”.

Həbib son olaraq sədaqətdən yaxşı heç nəyin olmadığını qeyd edib:

"Bir il əvvəl ona yalvarırdılar, indi isə onu ərköyün uşaqlarına görə işdən çıxarıblar".

İdman.Biz