“Real Madrid” Endriki planlarda görmədiyi üçün icarəyə göndərdi

Xəbərlər
4 Yanvar 2026 16:25
60
“Real Madrid” Endriki planlarda görmədiyi üçün icarəyə göndərdi

İspaniyanın “Real Madrid” klubu gənc hücumçu Endriki icarəyə göndərmək qərarını Xabi Alonsonun planlarında yer almaması səbəbindən verib.

İdman.Biz “Marca” nəşrinə istinadla xəbər verir ki, Madrid klubu Endrikin daha bir mövsüm ehtiyat oyunçular skamyasında qalmasının onun inkişafına mənfi təsir göstərə biləcəyini nəzərə alaraq futbolçunu icarəyə yollayıb.

Bildirilir ki, “Real Madrid” Endrikin “Lion”la bağladığı icarə müqaviləsinə onun mütəmadi oyun vaxtı almasını təmin edən xüsusi bənd daxil edib. Klub futbolçunun kifayət qədər meydanda olmasına zəmanət verilməsini şərt kimi irəli sürüb.

Madrid təmsilçisi Endrikin Fransanın tələbkar çempionatında çıxışını yaxından izləmək və onun inkişaf dinamikasını real rəqabət şəraitində qiymətləndirmək niyyətindədir. Bu səbəbdən icarə variantı futbolçunun gələcək perspektivləri baxımından ən optimal yol kimi qiymətləndirilib.

İdman.Biz
Məqalədə: