Andrey Orlovski Mayamidə amerikalı bloqeri döyüb - VİDEO

Xəbərlər
21 Dekabr 2025 12:14
51
Andrey Orlovski Mayamidə amerikalı bloqeri döyüb - VİDEO

UFC üzrə keçmiş ağır çəki çempionu Andrey Orlovski Mayamidə keçirilən boks gecəsindən sonra insidentlə gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, hadisə amerikalı pranker və bloqer Cek Doherti ilə sözlü mübahisə zamanı baş verib.

Tərəflər arasında yaranan gərginliyi danışıq yolu ilə aradan qaldırmaq mümkün olmayıb və nəticədə dava düşüb. İlk olaraq Orlovski Dohertini döyüb. Daha sonra isə insidentə prankerin bir neçə dostu da qoşulub və onlar da dava zamanı xəsarət alıblar.

Hadisə boks gecəsindən sonra baş verdiyi üçün ərazidə çoxlu sayda şahid olub. Məsələ ilə bağlı rəsmi qurumlardan hələlik açıqlama verilməyib.

İdman.Biz