ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilməsi planlaşdırılan UFC tədbirində doqquz titul döyüşünün keçiriləcəyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, tədbir 14 iyun 2026-cı ildə olacaq.
“Ağ Evdəki UFC tədbirində səkkiz və ya doqquz çempionluq döyüşü olacaq ki, bu da indiyə qədər təşkil etdikləri ən böyük döyüşlərdir. Hər döyüş titul döyüşü olacaq, hər döyüş əfsanəvi olacaq. Bəzi döyüşləri 14 iyunda baş tuta bilməsi üçün altı ay təxirə salmağa çalışırlar. Bu, inanılmaz olacaq. Arenada Ağ Evin qarşısında beş və ya altı min oturacaq olacaq və yüz minlərlə insan tədbiri Ağ Evin arxasındakı 10 böyük ekranda izləyə biləcək. Artıq çox adam biletlər barədə soruşur”, - deyə X sosial media saytındakı Home of Fight hesabında Trampın sözləri sitat gətirilir.
