Azərbaycan idmançısı Polşada keçirilən MMA turnirində qələbə qazanıb - FOTO

Xəbərlər
18 Noyabr 2025 17:25
46
Azərbaycan idmançısı Polşada keçirilən MMA turnirində qələbə qazanıb - FOTO

Polşanın Poznan şəhərində təşkil olunan “MMA Talents” peşəkar turnirində Azərbaycan idmançısı Denis Malikov (2:0) polşalı Jakub Syci (4:2) üzərində qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və idman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, D.Malikov qarşılaşmanın ilk raundunda boğucu “Anakonda” fəndi ilə rəqibini məğlub edərək qalib olub.

İdman.Biz

Məqalədə: