Dana Uayt: “Cons məndən üzr istəməməlidir”

Xəbərlər
15 Noyabr 2025 20:38
125
Dana Uayt: “Cons məndən üzr istəməməlidir”

UFC prezidenti Dana Uayt keçmiş ikiqat UFC ağır və orta çəkili çempionu Con Consun ondan üzr istəməsinə münasibət bildirib.

İdman.Biz bildirir ki, Cons ondan üzr istəməməlidir.

“Onun məndən üzr istəməsinə ehtiyac yoxdur. Conla mənim yaşadığımız bütün pis şeylərə baxmayaraq, yenə də Con Consun bütün dövrlərin ən böyük döyüşçüsü olduğunu deyirəm. Bunu deyəndə hamı gülür. Bütün bu illər ərzində Conla işləmək unikal bir təcrübə oldu”, - deyə Uayt TMZSports YouTube kanalında dərc olunmuş müsahibəsində bildirib.

Daha əvvəl Cons Tom Aspinall ilə döyüşünün ləğv edilməsinə görə Uaytdan və azarkeşlərdən açıq şəkildə üzr istəmişdi. Şifahi razılığa baxmayaraq, keçmiş çempion “səhvini etiraf etdiyini” və “səhv etdiyini” bildirib.

İdman.Biz
Məqalədə: