Yüngül çəki reytinqində altıncı yerdə qərarlaşan məşhur UFC döyüşçüsü Peddi Pimblett, rusiyalı İslam Mahaçevlə qarşıdakı döyüşündə avstraliyalı Cek Della Maddalenaya dəstəyini bildirib.
İdman.Biz bildirir ki, qarşılaşma noyabrın 16-da Nyu-Yorkda “UFC 322” çərçivəsində keçiriləcək və yarımyüngül çəkidə UFC çempionunu müəyyən edəcək.
“Ümid edirəm ki, Cek onu əzişdirəcək. Della Maddalena daha güclü boksçudur və əgər ayaq üstə qala bilsə, mütləq Mahaçevi məhv edəcək. Ümid edirəm ki, belə olacaq”, - deyə Pimblett sosial mediada bildirib.
