“Hər şey pisdir” - Aspinallın atası Tomun gözü barədə

Xəbərlər
29 Oktyabr 2025 06:08
46
“Hər şey pisdir” - Aspinallın atası Tomun gözü barədə

Hazırda ağır çəkidə UFC çempionu olan 32 yaşlı ingilis Tom Aspinallın atası və baş məşqçisi Endi Aspinall, oğlunun son vəziyyətindən danışıb.

İdman.Biz xəbər verir ki, üzbəüz qarşılaşma zamanı 35 yaşlı fransız MMA döyüşçüsü Siril Qan Tom Aspinallın gözünə barmağını soxub.

Bundan sonra Aspinall döyüşdən imtina edib və döyüş baş tutmamış sayılıb.

“Hər şey pisdir. Tom hələ də sağ gözü ilə heç nəyi görə bilmir. O, sadəcə gözünün qarşısında boz bir təbəqə olduğunu deyib. Sol gözünün görmə qabiliyyəti yalnız 50% -dir, hər şeyi çox bulanıq görür”, - deyə ata Aspinall X sosial şəbəkəsində yayımlanan “Chempionship Rounds” hesabına bildirib.

İdman.Biz