Asəf Çopurov BƏƏ-də keçirilən turnirdə Demarta Penanı məğlub edərək çempion olub - VİDEO

Xəbərlər
23 Oktyabr 2025 01:57
66
Asəf Çopurov BƏƏ-də keçirilən turnirdə Demarta Penanı məğlub edərək çempion olub - VİDEO

Qarışıq döyüş sənətləri üzrə azərbaycanlı döyüşçü Asəf Çopurov Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “UAE Warriors64” turnirində çempion olub.

İdman.Biz-in xəbərinə görə, bu barədə “MMA Azərbaycan” sosial şəbəkə səhifəsində məlumat yayılıb.

“Döyüşçümüz Asəf Çopurov “UAE Warriors64” turnirində rəqibi Demarta Penanı məğlub edərək yeni çempion oldu! Qeyd edək ki, Asəf 9 döyüş keçirib və hamısında qalib gəlib. UFC ilə müqavilə gəlir?”, – MMA Azərbaycan yazıb.

Qeyd edək ki, “UAE Warriors” Birləşmiş Ərəb Əmirliklərində keçirilən qarışıq döyüş sənətləri (MMA) turnirlərindən biridir.

Sözügedən yarış “UAE Warriors” adlı peşəkar MMA liqasının 64-cü tədbiridır. Turnirdə dünyanın müxtəlif ölkələrindən gələn döyüşçülər UFC, “Bellator”, “Brave” və digər təşkilatlarda iştirak etmiş idmançılarla birlikdə çıxış edirlər.

İdman.Biz