Konor Makqreqor 18 ay müddətinə diskvalifikasiya edilib

Xəbərlər
7 Oktyabr 2025 23:43
36
Konor Makqreqor 18 ay müddətinə diskvalifikasiya edilib

66 kq və 70 kq çəki dərəcələrində UFC-nin keçmiş ikiqat çempionu 37 yaşlı irlandiyalı Konor Makqreqor antidopinq siyasətini pozduğuna görə 18 ay müddətinə yarışlardan kənarlaşdırılıb.

İdman.biz xəbər verir ki, bu barədə USADA-nın mətbuat xidməti məlumat yayıb.

Rəsmi məlumata görə, Makqreqor 2024-cü ildə üç dəfə harada olduğu barədə dəqiq məlumat verməyib, nəticədə müfəttişlər ondan biopsiya nümunəsi götürə bilməyiblər. Bu, avtomatik olaraq pozuntu sayılır.

Bununla belə, Makqreqor istintaqla tam əməkdaşlıq edib və məsuliyyəti boynuna götürüb. Buna görə də standart iki illik cəza 18 aya endirilib. İrlandiyalı 2026-cı il martın 20-də oktaqona qayıtmaq hüququ qazanacaq.

İdman.biz

Məqalədə: