“Əminəm ki, bu idmançılar Eduard Məmmədovun rekordunu qırmağı bacaracaqlar” - Telman Məhərrəmovun İDMAN.Biz-ə MÜSAHİBƏSİ

Müsahibə
6 Dekabr 2025 18:08
61
“Əminəm ki, bu idmançılar Eduard Məmmədovun rekordunu qırmağı bacaracaqlar” - Telman Məhərrəmovun İDMAN.Biz-ə MÜSAHİBƏSİ

Abu-Dabidə başa çatan kikboksinq üzrə dünya çempionatında Azərbaycan idmançıları möhtəşəm nəticə göstəriblər: dörd qızıl, bir gümüş və altı bürünc medal.

Bu münasibətlə İdman.Biz kikboks üzrə Azərbaycan millisinin baş məşqçisi Telman Məhərrəmovla həmsöhbət olub.

- Komandanın çıxışını necə qiymətləndirirsiniz? Bu nəticəni gözləyirdinizmi?

- Açığı, biz məhz belə nəticə planlaşdırırdıq və burada qeyri-adi heç nə görmürəm.

- Yəni iki ildən bir keçirilən və beynəlxalq səviyyədə tanınan WAKO-nun dünya çempionatında dörd qızıl medal qazanacağınızdan əmin idiniz?

- Daha çox medal da ola bilərdi. Hakimlər bəzi döyüşlərdə idmançılarımızı sıxır, açıq-aşkar haqsızlıq edirdilər. Bunun nəticəsində Amin Quliyev (67 kq), Alim Nəbiyev (81 kq) və Qəşəm Məmmədov (75 kq) medalsız qaldı, baxmayaraq ki, hər üçü çempionluğa iddialı idilər. Çox yaxşı təlim-məşq toplanışı keçmişdik və bu da nəticələrə birbaşa təsir etdi.

- Buna baxmayaraq, komanda WAKO çempionatlarında tariximizin ən yaxşı nəticələrindən birini göstərdi…

- Bəli, bunu mənə də dedilər. Amma biz statistika üçün yox, ölkəmizin şərəfi üçün mübarizə aparırıq.

- İki idmançı - Sürət Qarayev (91 kq) və Elvin Məmmədov (57 kq) artıq ikinci dəfə dünya çempionu oldular. Onların yerli kikboksinqin əfsanəsi, WAKO üzrə üçqat dünya çempionu Eduard Məmmədovun rekordunu təkrarlamaq və ya təzələmək imkanları varmı?

- Təkcə təkrarlaya yox, həm də rekordu yenisinə imza ata bilərlər. Əlbəttə, inkişaflarını dayandırmasalar və eyni ruhda davam etsələr. Sürət üçün bir qədər çətin olacaq, artıq 26 yaşı var. Elvin isə cəmi 19 yaşındadır və çox böyük potensiala malikdir. İki il əvvəl, 17 yaşında sensasion şəkildə dünya çempionu olanda biz artıq yüksək səviyyəli idmançının yetişdiyini bilirdik. Üstəlik, Elvin Eduard Məmmədovun yetirməsidir və düşünürəm ki, müəllimi üçün də şagirdinin onu keçməsi qürurverici olar.

Vüqar Vüqarlı

İdman.Biz