Azərbaycanın ən titullu karateçisi, Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev 2025-ci il iyulun 22-29-da Soçidə keçiriləcək karate üzrə "Russia Open 2.0" beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.
İdman.biz xəbər verir ki, beşqat dünya çempionu və on birqat Avropa çempionu toplanışda kumite üzrə təlimatçı kimi fəaliyyət göstərəcək.
İştirakçılar arasında keçirilən səsvermədə Ağayevin adı daha çox çəkilib və nəticədə o, tədbirə dəvət olunub.
Hazırda Ağayev idman karyerasını davam etdirir və 5-0 göstəricisinə malik olduğu "Karate Combat" liqasında yarımorta çəkinin çempionudur.
İdman.biz