Parisdə bir bürünc medal

Xəbərlər
28 Yanvar 2024 16:38
175
Parisdə bir bürünc medal

Azərbaycan karateçiləri Fransada keçirilən beynəlxalq turnirdə bir medal qazanıblar.

İdman.biz xəbər verir ki, Fidan Teymurova (50 kq) Paris Premyer Liqasında üçüncü yeri tutub.

Fidan bürünc uğrunda görüşdə ukraynalı həmkarı Yuliya Palaşevskaya qalib gəlib. Daha bir idmançımız eyni uğuru qazanmağa yaxın olub. Tural Ağalarzadə (67) iordaniyalı rəqibinə məğlub olaraq, büttünc qazanmaq şansını itirib.

Qeyd edək ki, Azərbaycan yığmasında Paris Premyer Liqasında 7 karateçi ilə təmsil olunub.

İdman.biz

Məqalədə: