Rəşad Dağlının oğlu karate turnirində çempion oldu - VİDEO

13 Oktyabr 2025 10:18
381
Rəşad Dağlının oğlu karate turnirində çempion oldu - VİDEO

Meyxanaçı Rəşad Dağlının oğlu Bakıda yeniyetmələr arasında “Badamlı Karate Klubu”nun keçirdiyi turnirdə qızıl medal qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə meyxanaçının oğlu özü paylaşım edib.

Yusif paylaşdığı videoda dünya şöhrətli karateçimiz Rafael Ağayevə öz təşəkkürünü bildirib.

12 oktyabr 2025-ci il tarixində Abşeron İdman Olimpiya Kompleksində Azərbaycan Karate Federasiyasının rəhbərliyi ilə ənənəvi karate üslubu şito-ryu üzrə “Badamlı Karate Klubu”nun təşkil etdiyi turnir keçirilib.

Turnirdə ölkənin müxtəlif bölgələrindən 700-dən artıq uşaq, yeniyetmə və gənc karateçi iştirak edib. İdmançılar müxtəlif yaş və çəki kateqoriyalarında güclərini sınayaraq, yarışın sonunda təsis olunmuş medal və diplomlarla təltif olunublar.

Qeyd edək ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İskəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirib. Hadisədən sonra meyxanaçı könüllü olaraq polisə təslim olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Dağlı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İdman.Biz
Məqalədə: