Zaqrebdə yeniyetmələr arasında dünya çempionatının final günündə cüdo üzrə Azərbaycan yığması bir bürünc medal qazanıb.
İdman.biz-in məlumatına görə, Ramazan Əhmədov (+90 kq) üçüncü yer uğrunda döyüşdə serb Matei Borojeviçə qalib gələrək fəxri kürsüyə yüksəlib.
Aslan Kotsoev (90 kq) da medala iddialı olsa da, bürünc medal uğrunda görüşdə Qazaxıstan təmsilçisi Berikbol Jumanbekova uduzub.
Azərbaycan komandası ümumilikdə iki qızıl, üç gümüş və üç bürünc medal qazanaraq dünya çempionatının ümumi hesabında birinci yeri tutub. Nihad Məmişov (50 kq) və Xədicə Qadaşova (52 kq) çempion oldular, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq) və Abil Yusubov (66 kq) gümüş, Mirxalıq İsgəndərov (55 kq), Süleyman Şükürov (73 kq) və Ramazan Əhmədov (+90 kq) isə bürünc medal qazandılar.
Ümumi hesabda ikinci yerdə Yaponiya (2-1-0), üçüncü sırada isə Serbiya komandası (2-0-0) qərarlaşıb.
Zəki Feyzullayev
İdman.biz