Azərbaycan cüdoçularının “Böyük Dəbilqə”də ilk rəqibləri bilinib

Xəbərlər
1 Dekabr 2023 10:24
161
Azərbaycan cüdoçularının “Böyük Dəbilqə”də ilk rəqibləri bilinib

Yaponiyanın paytaxtı Tokio da keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə"nin püşkü atılıb.

İdman.biz xəbər verir ki, mövsümün son reytinq yarışında Azərbaycan millisinin üzlərinin də ilk rəqibləri bəlli olub.

“Böyük Dəbilqə”nin püşkü
Balabəy Ağayev (60 kq) - Ariel Şulman (İsrail)
Nizami İmranov (60 kq) - Yunes Seddiki (Mərakeş)
Yaşar Nəcəfov (66 kq) - Ari Berliner (ABŞ)/Hekim Ağamamedov (Türkmənistan)
Kamran Süleymanov (66 kq) - Nurali Emomali (Tacikistan)
Hidayət Heydərov (73 kq) - Kestutis Vitkauskas (Litva)/Mahmadbek Mahmadbekov (AİN)
Rəşid Məmmədəliyev (73 kq) - Eliot Prevet (Fransa)
Səid Mollai (81 kq) - Maddaloni Bright (İtaliya)/David Karapetyan (AİN)
Zelim Tçkayev (81 kq) - Antonio Esposito (İtaliya)
Murad Fətiyev (90 kq) - Rafael Makedo (Braziliya)
Vüqar Talıbov (90 kq) - Sanşiro Murao (Yaponiya)
Zelim Kotsoyev (100 kq) – Nataniel Kiva (ABŞ)
Uşanqi Kokauri (+100 kq) – Qalımjan Krikbay (Qazaxıstan)
Ramazan Əhmədov (+100 kq) – Yevgeni Balyevski (Ukrayna)
Acelya Toprak (57 kq) – Kseniya Qalitskaya (AİN)

Qeyd edək ki, yarış dekabrın 2-3-də keçiriləcək.

İdman.biz