Kəmər dərəcələri üzrə imtahan keçiriləcək

Xəbərlər
25 İyul 2025 11:59
57
Kəmər dərəcələri üzrə imtahan keçiriləcək

Avqustun 2-də Bakıda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil ediləcək.

İdman.biz xəbər verir ki, milli komandaların Təlim-Məşq Mərkəzində (ACF-nin inzibati binası) keçiriləcək imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

İdman.biz