İlin sonuna qədər üç "Böyük Dəbilqə" və dörd Qran-Pri

Xəbərlər
2 İyul 2025 15:21
37
İlin sonuna qədər üç "Böyük Dəbilqə" və dörd Qran-Pri

Cüdoda beynəlxalq təqvim ilin ikinci yarısına qədəm qoyur.

İdman.biz xəbər verir ki, Budapeştdə keçirilən və Azərbaycan yığmasının üç bürünc medal qazandığı dünya çempionatı ilə mövsümün ilk yarısı başa çatıb.

İlin ikinci yarısında idmançıları üç "Böyük Dəbilqə" və dörd Qran-Pri turniri gözləyir ki, bu yarışlarda onlar reytinq xalları qazana bilərlər.

Cüdo təqvimində qalan mühüm turnirlərin təqvimi:

25-27 iyul. Ulan Batorda "Böyük Dəbilqə" (Monqolustan)
26-28 sentyabr. Qingdao Qran-Prisi (Çin)
10-12 oktyabr. Lima Qran-Prisi (Peru)
17-19 oktyabr. Qvadalaxara Qran-Prisi (Meksika)
14-16 noyabr. Zaqreb Qran-Prisi (Xorvatiya)
27-29 noyabr. Abu Dabidə "Böyük Dəbilqə" (BƏƏ)
6-7 dekabr. Tokioda "Böyük Dəbilqə" (Yaponiya)

İdman.biz