Şimali Makedoniyanın paytaxtı Skopyedə kadetlər arasında cüdo üzrə Avropa çempionatı başa çatıb.
İdman.biz xəbər verir ki, yarışın son günündə qarışıq komandalar mübarizə aparıblar.
Azərbaycan yığması ilk 8-liyə düşə bilməyib.
Cüdoçularımız əvvəlcə Çexiya komandasına 4:1 hesabı ilə qalib gəlsələr də, sonra Belarus kollektivinə 3:4 hesabı ilə uduzublar.
Mübarizəni təsəlliverici yarışda davam etdirən Azərbaycan komandası ilk qarşılaşmadaca Bolqarıstan idmançılarına 1:4 hesabı ilə məğlub olub.
Fransa qarışıq komandalar yarışının qalibi olub, Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən komanda 2-ci, Belarus və Gürcüstan 3-cü, Yunanıstan və Polşa 5-ci, Litva və Bolqarıstan isə 7-ci olublar.
İdman.biz