Noyabrın 26-da ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə açıq birinciliyi keçiriləcək.
İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarışda 2010-12 təvəllüdlü oğlan və qızlar çıxış edəcəklər.
Qızlar 36 və 44 kq-da, oğlanlar isə 34, 38, 42, 46, 50, 55, 60, 66, 73 və +73 kq-da qalib adı uğrunda mübarizə aparacaqlar. Turnirdə Azərbaycanın bütün regionları ilə yanaşı, Qazaxıstandan da cüdoçular iştirak edəcəklər.
Qeyd edək ki, birincilik Bakıda, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək.
Emin Ağa
İdman.biz