Azərbaycanlı referi böyüklər arasında dünya çempionatında - İLK DƏFƏ

Xəbərlər
12 İyun 2025 10:56
63
Azərbaycanlı referi böyüklər arasında dünya çempionatında - İLK DƏFƏ

Cüdo tariximizdə ilk dəfə azərbaycanlı referi böyüklər arasında dünya çempionatına dəvət alıb.

İdman.biz xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Yarış iyunun 13-20-də keçiriləcək.

İdman.biz