Qvadalaxara Dünya Cüdo Turuna qoşulur

Xəbərlər
30 May 2025 17:44
40
Qvadalaxara Dünya Cüdo Turuna qoşulur

Beynəlxalq Cüdo Federasiyası (IJF) cari təqvimdə yeni yarışı açıqlayıb.

İdman.biz xəbər verir ki, Meksika bu il Dünya Turunun bir hissəsi olacaq.

Sentyabr 19-21-də Qvadalaxarada Qran Pri keçiriləcək ki, bu da böyük reytinq turnirinin Amerika qitəsinə qayıdışı olacaq.

IJF 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadanı nəzərə alaraq bu turnirə xüsusi önəm verir.

İdman.biz