Beynəlxalq Cüdo Federasiyası (IJF) Qazaxıstanda keçirilən "Böyük Dəbilqə" turnirindən sonra reytinq cədvəlini yeniləyib.
İdman.biz xəbər verir ki, kişilərdən ibarət Azərbaycan yığması yarışı buraxsa da, idmançılarımızın mövqeləri dəyişməz qalıb.
Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) inamla liderliklərini davam etdirirlər, Elcan Hacıyev (90 kq) isə altıncı pillədə qərarlaşıb.
Zelim Tçkayev (81 kq) və Rəşid Məmmədəliyev (73 kq) yeddinci yerdədirlər, qalan idmançılar isə ilk "onluq"dan kənardadırlar. O cümlədən, Balabəy Ağayev (60 kq) 11-ci, Uşanqi Kokauri (+100 kq) isə 12-cidir.
İdman.biz