Cüdo üzrə növbəti "Böyük Dəbilqə" turniri Azərbaycanın kişilərdən ibarət yığmasının iştirakı olmadan keçiriləcək.
İdman.biz xəbər verir ki, komanda əvvəlcə Astanada təşkil ediləcək Dünya Turu mərhələsinə (9-11 may) iştirakla bağlı müraciət etsə də, sonradan hazırlıq planında dəyişiklik olub.
Azərbaycan cüdoçuları mayın 19-23-də Avropa Cüdo İttifaqının (EJU) himayəsi altında təlim-məşq toplanışlarının keçiriləcəyi Benidorma (İspaniya) yollanacaqlar.
Qeyd edək ki, Astanada keçiriləcək "Böyük Dəbilqə" yarışında ölkəmizi 3 idmançı - Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) təmsil edəcək.
İdman.biz