Elcan Hacıyev Böyük Dəbilqənin qalibi olub, Talıbov və Qamzatxanov gümüş qazanıblar - YENİLƏNİB - VİDEO

Xəbərlər
4 May 2025 18:10
243
Elcan Hacıyev Böyük Dəbilqənin qalibi olub, Talıbov və Qamzatxanov gümüş qazanıblar - YENİLƏNİB - VİDEO

Azərbaycanın üç cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.

İdman.biz xəbər verir ki, 90 kq çəki dərəcəsində birincilik uğrunda Vüqar Talıbovla Elcan Hacıyev qarşılaşıb.

Elcan Hacıyev həlledici görüşdə qalib gələrək karyerasında ilk dəfə Böyük Dəbilqə turnirlərində çempionluq sevinci yaşayıb. Vüqar Talıbov isə gümüş medala sahib olub.

+100 kq çəkidə digər cüdoçumuz Camal Qamzatxanov finalda tacikistanlı Temur Rahimovla üz-üzə gəlib və məğlub olub.

Bürünc medal uğrunda mübarizədə isə Kənan Nəsibov (+100 kq) Özbəkistan təmsilçisi Utkirbek Turoboyevə uduzub.

Qeyd edək ki, bundan əvvəl azərbaycanlı Balabəy Ağayev (60 kq) artıq qızıl medal qazanıb.

İdman.biz