Avstraliyanın Pert şəhərində cüdo üzrə keçiriləcək Okeaniya turnirinin püşkü atılıb.
İdman.biz xəbər verir ki, püşkə əsasən Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri bəlli olub.
Kamran Süleymanov (66 kq) - Cekson Patrik (Mərkəzi Afrika Respublikası) / Matia Miçelli (İtaliya) cütünün qalibi
Rəşid Məmmədəliyev (73 kq) - Filippe Abel Metellus (Haiti)
Nurlan Osmanov (73 kq) - Masayuki Terad (Tailand)
Murad Fətiyev (90 kq) - Qustavo Assis (Braziliya)
Elcan Hacıyev (90 kq) - Luis Qaqnon Krieber (Kanada)
Aydan Vəliyeva (52 kq) - Sofia Fiora (Argentina)
Gültac Məmmədəliyeva (52 kq) - Maharrani Març Mariam (İndoneziya) / Cenna Şurr (ABŞ)
Fidan Əlizadə (57 kq) - Lam Nok Yeunq (Honk Konq)
Qeyd edək ki, yarış noyabrın 10-11-də keçiriləcək.
Emin Ağa
İdman.biz