Cüdoçularımız Malaqa Avropa Kubokunda mübarizə aparacaqlar

Xəbərlər
13 Oktyabr 2023 12:17
127
Cüdoçularımız Malaqa Avropa Kubokunda mübarizə aparacaqlar

Oktyabrın 14-15 İspaniyanın Malaqa şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışa 35 ölkədən 378 idmançı qatılacaq.

Azərbaycan turnirdə 3 çəki dərəcəsində 3 cüdoçu ilə təmsil olunacaq. Qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılovun rəhbərlik edəcəyi heyətdə Ramilə Əliyeva (48 kq), Nərgiz Hacıyeva (57 kq) və Südabə Ağayeva (70 kq) yer alacaqlar.

İdman.biz