Dünya çempionatı: Cüdoçularımız mübarizəni dayandırıb

Xəbərlər
3 Oktyabr 2024 13:42
1 870
Dünya çempionatı: Cüdoçularımız mübarizəni dayandırıb

Düşənbədə (Tacikistan) gənclər arasında cüdo üzrə dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, ikinci yarış günündə iki Azərbaycan millisinin 2 idmançısı mübarizəyə qoşulub.

Onların hər ikisi mundialla erkən vidalaşıblar.

Dünya çempionatı
Oğlanlar

73 kq

Dünya çempionu Vüsal Qələndərzadə yarışa ikinci mərhələdən başlayıb. O, 1/16 finalda Anton Duboviki (IJF) məğlub etsə də, ardınca Yusuke Takeiçiyə (Yaponiya) uduzub.

Qızlar
57 kq
Mübarizəyə ikinci mərhələdən qoşulan Fidan Əlizadə Nino Tsiklauri (Gürcüstan) və Aleksandra Kana (Tacikistan) qalib gəlib. O, 1/4 finalda Karolina Senniçkaya (Polşa) məğlub olduğundan təsəlliverici görüşə qatılıb. Lakin Əlizadə braziliyalı Bianka Reislə də bacarmadığından dünya çempionatına mükafatsız vida edib.

Qeyd edək ki, yığmamız ilk günü də medalsız başa vurub. Nizami İmranov (60 kq) və Aydan Vəliyeva (52 kq) bürünc uğrunda görüşlərdə məğlub olublar.

İdman.biz