Azərbaycan dünya çempionatının medal siyahısında ikinci pillədə yer alıb

Xəbərlər
7 Oktyabr 2023 10:02
99
Azərbaycan dünya çempionatının medal siyahısında ikinci pillədə yer alıb

Portuqaliyanın Odivelaş şəhərində keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının ilk 3 günündən sonra medal siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, aktivində 1 qızıl və 2 gümüş medal olan Azərbaycan millisi cədvəldə ikinci pillədə yer alıb.

Komandamızı yalnız Yaponiya qabaqlayır. “Gündoğar ölkə” təmsilçisi 7 qızıl, 2 gümüş və 2 bürünc mükafata yiyələnib.

İlk “üçlüy”ü İtaliya qapayır. Apennin təmsilçisi 4 (1-1-2) medala sahib olub.

Yarışda ümumilikdə 4 ölkənin cüdoçusu çempionluq sevinci yaşayıb. 20 komandanın isə idmançısı fəxri kürsüdə yer alıb.

Qeyd edək ki, yığmamızın heyətində Vüsal Qələndərzadə (73 kq) çempion tituluna yiyələnib. Nizami İmranovla (60 kq) Vüqar Talıbov (90 kq) ikinci yeri tutub.

İdman.biz