Azərbaycan dünya çempionatının medal siyahısında ilk “üçlük”də qərarlaşıb

Xəbərlər
6 Oktyabr 2023 10:25
130
Azərbaycan dünya çempionatının medal siyahısında ilk “üçlük”də qərarlaşıb

Portuqaliyanın Odivelaş şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, mundialın 2-ci günündən sonra da daha 3 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Oğlanlarda 73 kq çəki dərəcəsində cüdoçumuz Vüsal Qələndərzadə bütün rəqiblərinə qalib gələrək 5 ildən sonra gənclərin dünya çempionatında ilk qızıl medalımızı qazanıb.

Qızların 57 kq çəki dərəcəsində italiyalı Veronika Toniolio hamıdan güclü olub. 63 kq çəkidə isə fransalı Melkia Aukekorne qızıl medala sahib çıxıb.

Medal siyahısına Yaponiya başçılıq edir. Cüdonun vətəni sayılan ölkənin təmsilçiləri 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Sıralamada İtaliya (1-1-2) ikinci yerdə qərarlaşıb. İlk “üçlüy”ü aktivində 1 qızıl və 1 gümüş mükafat olan Azərbaycan qapayır.

Qeyd edək ki, komandamızın heyətində Nizami İmranov (60 kq) ikinci yeri tutab.

Emin Ağa

İdman.biz