Açıq Asiya turnirində 14 cüdoçumuz iştirak edəcək

Xəbərlər
6 Oktyabr 2023 00:29
91
Açıq Asiya turnirində 14 cüdoçumuz iştirak edəcək

Oktyabrın 7-8-də Qazaxıstanın Aktau şəhərində cüdo üzrə açıq Asiya turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, turnirdə 10 ölkədən 244 idmançı iştirak edəcək.

Azərbaycan yarışda 7 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçularımıza böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mehman Əzizov və Slavko Tekiç, böyük performans analitik Zaur Babayev rəhbərlik edəcək.

60 kq
Nurlan Kərimli
Babarahim Mirzəyev

66 kq
Qasım Vəlizadə
Rəşad Yelkiyev

73 kq
Nəriman Mirzəyev
Rüfət Şövlətov

81 kq
Məmmədrza Hacızadə
Məhərrəm İmamverdiyev

90 kq
İbrahim Ağakişiyev
Əjdər Bağırov
Musa Hüseynli

100 kq
Ruslan Nəsirli

+100 kq
Camal Feyziyev
İmran Yusifov

İdman.biz