Bakı Böyük Dəbilqə turniri start götürür

Xəbərlər
22 Sentyabr 2023 07:50
155
Bakı Böyük Dəbilqə turniri start götürür

Sentyabrın 22-də Milli Gimnastika Arenasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan Bakı Böyük Dəbilqə turnirinin ilk yarış günü keçirilir.

Turnirin ilk günü qadınlar arasında -48 kq., 52 kq. və -57 kq. çəki dərəcələrində 5 cüdoçumuz, kişilər arasında isə -60 kq. və -66 kq. çəki dərəcələrində 8 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.

İlkin görüşlər saat 08:30-da başlayacaq. Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Cüdoçularımızın ilk rəqiblərini təqdim edirik:

Qadınlar

-48 kq.

Leyla Əliyeva - Tamar Malka (İsrail)
Şəfəq Həmidova - Mary Dee Varqas Ley (Çili)
Ramilə Əliyeva - Marusa Stanqar (Sloveniya)

-52 kq.

Gültac Məmmədəliyeva - Coeno Dioqo (Portuqaliya)

-57 kq.

Nərgiz Hacıyeva - Timna Nelson Levi (İsrail)

Kişilər

-60 kq.

Balabəy Ağayev - Luxumi Çxvimyani (Gürcüstan)
Əhməd Yusifov - Corre Verstraeten (Belçika)
Nazir Talıbov - Qiorgi Sardalaşvili (Gürcüstan)
Rövşən Əliyev - Lior Rəfailov (İsrail)

-66 kq.

Yaşar Nəcəfov - Yermek Amanqeldi (Qazaxıstan)
Ruslan Paşayev - Tal Flikker (İsrail)
Qasım Vəlizadə - Entoni De Anqelis (Latviya)
Rəşad Yelkiyev - Yanislav Qerçev (Bolqarıstan) / Lukas Saha (Finlandiya) görüşünün qalibi

İdman.biz