Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib

Xəbərlər
21 Sentyabr 2023 15:20
103
Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib

Sabah Milli Gimnastika Arenasında start götürəcək cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.

İdman.biz-in məlumatına görə, yekun məlumatlara əsasən, turnirdə altmış bir ölkədən 446 idmançı iştirak edəcək. Tərkibində ən çox olanlar meydan sahibləri, eləcə də neytral bayraq altında çıxış edən cüdoçulardan ibarət komandadır - hər biri 33 cüdoçu.

Turnirin startındakı ən maraqlı qarşıdurmalardan biri Parisdə "Böyük Dəbilqə"nin ikiqat qalibi Balabəy Ağayevin (60 kq) keçmiş dünya çempionu Luxumi Çxvimiani (Gürcüstan) ilə görüşü ola bilər.

Ən çox iştirakçı 81 kq-a qədər olan kateqoriyaya daxil olub - 45 idmançı.

Qeyd edək ki, Bakı turniri iştirakçılara olimpiya vəsiqə xalları qazanmaq imkanı yaradır.

Nicat Zəkiyev

İdman.biz