Hidayət Heydərov ən reytinqli cüdoçu adını qoruyur

Xəbərlər
14 İyun 2024 12:25
222
Hidayət Heydərov ən reytinqli cüdoçu adını qoruyur

Azərbaycan millisinin lideri Hidayət Heydərov (73 kq) Beynəlxalq Cüdo Federasiyasının (İJF) dünya reytinqinin mütləq lideridir.

İdman.biz xəbər verir ki, təmsilçimiz bütün çəki dərəcələrində çıxış edən cüdoçular arasında ən yüksək reytinqli idmançı ünvanını qoruyur.

Dünya çempionunun 8798 xalı var. Abu-Dabidəki qızıl medal Azərbaycan idmançısına cədvələ uzun müddətdir başçılıq edən belçikalı Matias Kasseni (81 kq) keçməyə imkan verib.

Hazırda Matias ikinci (7932), digər azərbaycanlı cüdoçu Zelim Kotsoyev (100 kq) isə üçüncü yerdədir. Dünya çempionumuzun hesabında 7022 xal var.

Qeyd edək ki, hər iki cüdoçu hazırda Azərbaycan millisinin Poreçdəki (Xorvatiya) təlim-məşq toplanışındadır.

İdman.biz