Azərbaycan cüdosunun rekordçusu Vətənə qayıdıb - FOTO - VİDEO

Xəbərlər
24 May 2024 10:26
311
Azərbaycan cüdosunun rekordçusu Vətənə qayıdıb - FOTO - VİDEO

BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan Zelim Kotsoyev (100 kq) Vətənə geri dönüb.

İdman.biz xəbər verir ki, idmançını Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının kollektivi, idman ictimaiyyətinin nümayəndələri və yaxınları böyük coşqu ilə qarşılayıblar.

O, bu uğuru ilə Azərbaycan cüdo tarixində rekorda imza atıb. Bundan əvvəl Kotsoyev 2022-ci ildə Daşkənd, 2023-cü ildə isə Dohada keçirilən mundiallarda fəxri kürsüyə yüksəlib. Onun qazandığı medalların əyarı bürünc olub.

Qeyd edək ki, Kotsoyevdən öncə Hidayət Heydərov (73 kq) da dünya çempionatında qızıl medal qazanıb. Azərbaycan millisi isə 2 çempionluqla mundiallar tarixində ən yaxşı nəticəsinə imza atıb.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: