Dünya çempionu Hidayət Heydərov Vətənə qayıdıb - FOTO - VİDEO

Xəbərlər
22 May 2024 00:48
677
Dünya çempionu Hidayət Heydərov Vətənə qayıdıb - FOTO - VİDEO

BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan Hidayət Heydərov (73 kq) Vətənə geri dönüb.

İdman.biz xəbər verir ki, idmançını Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının kollektivi, idman ictimaiyyətinin nümayəndələri və yaxınları böyük coşqu ilə qarşılayıblar.

Heydərov mundialda 11 ildən sonra Azərbaycan himnini səsləndirib. O, bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, sonuncu dəfə bu titula 2013-cü ildə Elxan Məmmədov yiyələnib.

Banuçiçək Hüseynli
İdman.biz