Cüdoçularımızdan Avropa kubokunda 2 qızıl, 1 gümüş və 3 bürünc - FOTO

Xəbərlər
20 May 2024 12:18
257
Cüdoçularımızdan Avropa kubokunda 2 qızıl, 1 gümüş və 3 bürünc - FOTO

İspaniyanın Malaqa şəhərində keçirilən gənc cüdoçular arasında Avropa kuboku başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi yarışı 2 qızıl, 1 gümüş və 3 bürünc medalla bitirib.

Avropa kubokunun ikinci günündə 81 kq çəkidə finalında iki cüdoçumuz - Süleyman Şükürovla Əli Hacızadə güləşib. Qələbə qazanan Süleyman Şükürov qızıl, Əli Hacızadə gümüş medala yiyələnib.

Kənan Nəsibov (+100 kq) da Malaqada Azərbaycan himnini səsləndirib. O, yarışı qızıl medalla bitirib. 90 kq-da isə Tuncay Şamil bürünc mükafata yiyələnib.

Nəticədə Azərbaycan yığması medal əyarına görə, ümumi hesabda 3-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.

Qeyd edək ki, yarışın ilk günündə cüdoçularımız 2 bürünc medal əldə edib.

İdman.biz

Məqalədə: