“Böyük dəbilqə”: Vüsal Qələndərzadə 5-ci olub - YENİLƏNİB

Xəbərlər
11 May 2024 17:03
152
“Böyük dəbilqə”: Vüsal Qələndərzadə 5-ci olub - YENİLƏNİB

Qazaxıstanın Astana şəhərində keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin 4 cüdoçusu mübarizə aparıb.

Onlardan ən yaxşı nəticəni Vüsal Qələndərzadə göstərib.

73 kq

Vüsal Qələndərzadə yarışa Arun Kumar (Hindistan) üzərində qələbə ilə başlayıb. Cüdoçumuz ardınca Giorgi Çilelidzeni də məğlub edərək, 1/8 finala yüksəlib. O, bu mərhələdə Daniyar Şamşayevi (Qazaxıstan) mübarizədən kənarlaşdırıb. 1/4 finalda Tohar Butbuldan (İsrail) da güclü olan Qələndərzadə yarımfinala yüksəlib. Təmsilçimiz finala gedən yolda Manuel Lombardo (İtaliya) ilə münasibətinə aydınlıq gətirib və rəqib həlledici görüşə yüksəlib.

Vüsal bürünc medal uğrunda Maxmedbek Maxmedbekovla (AİN) üz-üzə gəlib. Görüş cüdoçumuz üçün uğursuz alınıb və o, "Böyük Dəbilqə"ni 5-ci yerdə başa vurub.

Rəşid Məmmədəliyev yarışa ikinci mərhələdən start verib. O, Manuel Parlatti (İtaliya) ilə qarşılaşmada məğlubiyyətə üzülüb.

81 kq

Ömər Rəcəbli ilk görüşündə Nase Herkoviçlə (Sloveniya) bacarmayıb.

Məhərrəm İmamverdiyev startda Aurilyen Bonferoniyə (İsveçrə) uduzub.

Qeyd edək ki, yarışın ilk günündən sonra yığmamızın hesabında bir bürünc medal var. Kamran Süleymanov 66 kq çəkidə 3-cü olub.

İdman.biz

Məqalədə: