Azərbaycan Avropa kubokunda ikinci olub - 6 medal - FOTO

Xəbərlər
22 Aprel 2024 10:55
153
Azərbaycan Avropa kubokunda ikinci olub - 6 medal - FOTO

İtaliyanın Liqnano şəhərində gənc cüdoçular arasında keçirilən Avropa kuboku başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan cüdoçuları yarışı 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar.

Yarışın ikinci günündə Süleyman Şükürov (81 kq) gümüş medal qazanıb, Qədir Hüseynov 7-ci yerə çıxıb. 100 kq-da Əjdər Bağırov qızıl, Nihad Şıxəlizadə bürünc medala sahib olub. +100 kq-da isə Ramazan Əhmədov fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Azərbaycan komanda hesabında medal əyarına görə 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.

Qeyd edək ki, daha öncə 60 kq çəkidə Nizami İmranov qızıl, Məhəmməd Musayev (66 kq) bürünc medala yiyələnib.

İdman.biz

Məqalədə: