Cüdoçularımızdan Bremendə tarixi nəticə - FOTO

Xəbərlər
25 Mart 2024 17:36
409
Cüdoçularımızdan Bremendə tarixi nəticə - FOTO

Cüdo üzrə Azərbaycanın gənclərdən ibarət komandası Almaniyanın Bremen şəhərində keçirilən beynəlxalq "Bremen Masters"də rekord sayda qızıl medal qazanaraq tarix yazıb.

İdman.biz xəbər verir ki, yığma üzvləri 4 qızıl və 3 bürünc medal qazanaraq medal sıralamasında Yaponiya, Özbəkistan və Almaniyanı üstələyərək birinci sırada qərarlaşıblar.

Cüdoçularımızdan Məhəmməd Musayev (66 kq), Süleyman Əliyev (73 kq), Aslan Kotsoyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Babarəhim Mirzəyev (60 kq), İslam Rəhimov (66 kq) və Tuncay Şamil (90 kq) üçüncü yeri tutublar.

Komandamız ötən il də Bremendə 2 qızıl, 1 gümüş və 1 bürünc medalla ümumi hesabda 1-ci yeri tutub.

Qeyd edək ki, "Bremen Masters"in keçmiş qalibləri dünya çempionatları və Olimpiya Oyunları kimi böyük beynəlxalq turnirlərdə uğur qazanıblar. Onlar arasında Olimpiya çempionları Teddi Riner, Takanori Naqase, Maşu Beyker və Aaron Vulf var.

İdman.biz

Məqalədə: