Azərbaycan cüdoçuları AVRO-da çıxışa başlayırlar

Xəbərlər
7 Sentyabr 2023 10:22
96
Azərbaycan cüdoçuları AVRO-da çıxışa başlayırlar

Bu gün Haaqada gənclər arasında cüdo üzrə Avropa çempionatı başlayır.

İdman.biz-in məlumatına görə, ilk yarış günündə Azərbaycanın yeddi idmançısı çıxış edəcək.

Nizami İmranov (60 kq) ilk mərhələdə Sebastyan Kollar (Macarıstan), Aydın Rzayev (66 kq) Antonin Dvoraçek (Çexiya), Nicat Nağıyev (60 kq) Abdulsamet Çakırla (Türkiyə) döşək üzərinə çıxacaq.

Qadınların yarışında Vüsal Hacıyev (48 kq) Pauline Q (Fransa), Kənul Əliyeva (48 kq) ukraynalı Anastasiya Supersonu məğlub etməyə çalışacaq.

Aydan Vəliyeva (52 kq) Rebekka Keller (Macarıstan), Fidan Əlizadə (57 kq) isə Sofiya Bordinskix (Ukrayna) ilə qarşılaşacaq.

AVRO-da 43 ölkədən 366 cüdoçu çıxış edəcək.

Nicat Zəkiyev

İdman.biz